Biri var idi, biri yox idi

Tarih : 2014-05-23 / Kategori : Kültür & Sanat

Biri var idi, biri yox idi

                 Çox uzun illər əvvəl Ümid və Həqiqət adlı iki qardaş var idi.

               Həqiqət acı, sərt, yandırıcı, ağrdıcı xarakterə malik biri, Ümid isə mehriban, yaşamağa həvəsləndirən, ruhdan düşməyə qoymayan biri idi.

                 Hər yerə birgə gedən bir qardaşlar insanlara sevindirməkdən zöv alırdılar. İnsanlar həqiqəti tanıdıqları zaman ruhdan Ümid onları ruhdan düşməyə qoymur, insanlara dayaq olurdu.

                Zaman keçdikcə Həqiqət görürüdü ki, insanlar Ümidi ondan daha çox sevməyə başlayıb. Hər yerdə hamı ondan danışır, hər yerdən əlini üzənlər Ümidə belə bağlayırlar. Undudulduöunun, sayılmadığını, düşünülnədiyinin fərqinə varmışdı Həqiqət. Nə olursa olsun insanlar ona rəğbət bəsləməli idi.

                 Belə düşüncə içində qardaşını öldürməkdən başqa çarə olmadığını görən Həqiqət günlərin bir günü Ümidi öldürməyi qərara alır. Yenə insanlar arasında gəzənzaman Həqiqət Ümidə çox dəyər verildiyini görür, insanların arasında qışqıra-qışqıra deyir : -Bəsdir məni saymadınız, sevmədiniz. Mən də sevilmək istəyirəm, istəyirəm mənə də dəyər verilsin. Məni də qəbul etməyinizi istəyirəm. Amma hara baxıramsa hamı Ümidi sevir, hətda Allahla belə onun adını bərabər çəkirsiniz. Mən də sizi bu gün Ümiddən birdəfəlik qutarcaqam. Hamınız mənə möhtac olacaqsınız. İnsanlar dəliyə dönmüş Həqiqətə baxırlar. Həqiqət Ümidin qolundan tutub əlində xəncərlə onu dəfələrlər vurur, vurur. Amma hirsi soyumur.

                 Qardaşını insnlar arasında tikə-tikə edir. İnsanlar müdaxiə etməyə çalışsalar da alınmır. Həqiqət dəliyə döndüyü üçün heç kim yaxın dura bilmir. Qrdaşını öldürəndən sonra acı qəhqəhə ilə ordan uzaqlaşır. Bu zaman bütün insanlar Ümidi itirməmək üçün onun tiklələrini toplayırlar. Hərəyə bir tikə düşür. Bəzilərinə isə çatmr.. O zamandan bu günə kimi Həqiqət insanlar arasında tək gəzib, canlarını incidir, əzir, məhv edir. Amma Ümidin tikəsini saxlamış insanları əyə bilmir. Ümidsiz qalmış insanlar Həqiqətin əzazilliyinə dözə bilmir, baş götürüb qaçır, uzaqlaşır, dünyasını dəyişir. Ümidli insanlar isə mübarizə aparmağı bacarır.... İrade CELİL

Facebook Beğenenler

Yorum yapılmadı!

Yorum yapmak için aşağıdaki formu kullanabilirsiniz.

Yorum Yaz!

E-Posta adresiniz yayınlanmayacaktır.
* İşareti olan alanlar gereklidir.

Kerbela

Kerbela Sayfası